Pages

Təkamül nəzəriyyəsini təkzib etmək nə üçün inkişaf və irəliləyişi də təkzib etmək kimi göstərilir?

Təkamül keçirmə sözü xüsusilə son dövrlərdə bir çox fərqli mənalarda işlədilir. Məsələn, “təkamül” anlayışına sosial həyatla bağlı bir məna verilmiş, bəşəriyyətin irəliləməsi, texnologiyanın inkişafı kimi mənalarla sinonimləşdirilmişdir. Bu mənada işlədildikdə “təkamül” anlayışında bir xəta yoxdur. Şübhəsiz ki, ağıllı insan zaman ərzində ağlını, biliyini və gücünü istifadə edərək hər sahədə inkişaf edəcək və dəyişəcək. Bəşəriyyətin biliklər toplusu nəsildən-nəsilə ötürülərək böyüyəcək. Bu mövzu canlıları təsadüflərlə açıqlama iddiası isə ortaya çıxan təkamül nəzəriyyəsinə dəlil olmadığı kimi yaradılış həqiqətinə də heç cür zidd deyil.

Burada təkamülçülər çox sadə bir söz oyunu oynayırlar və doğru anlayışı səhv anlayışla qarışdırırlar. Məsələn, “insan illər ərzində sosial həyat baxımından, mədəni cəhətdən, elmi və texnoloji cəhətdən davamlı olaraq inkişaf edir və dəyişir” ifadəsi doğrudur (Ancaq bunu da xatırlatmaq lazımdır ki, tarixdə bəzən irəliləyiş olduğu kimi geriləmə də ola bilər. Sosioloji hadisələrdə daimi irəliləyiş deyil, ətalət və ya geriləmə dövrləri də olmuşdur).
Buna baxmayaraq, “budur, bəşəriyyətin bu dəyişməsi və irəliləməsi kimi canlı növləri də uzun illər ərzində inkişaf edərək dəyişikliyə uğramışlar” iddiası tamamilə səhvdir. İnsanın düşünən bir varlıq kimi biliyini artırması, bu biliklər toplusunu digər nəsillərə ötürməsi, bu şəkildə davamlı irəliləməsi çox məntiqli və elmi cəhətdən normal olsa da, canlı növlərinin təsadüflərlə, nəzarətsiz və şüursuz təbii şərtlərlə inkişaf edib təkamül keçirdikləri iddiası çox böyük cəfəngiyyatdır.

Elmdə inkişafın qabaqcılları yaradılış həqiqətinin tərəfdarı olan elm adamlarıdır


Nə qədər təkamülçülər özlərini yenilik, dəyişiklik, irəliləmə kimi məfhumlarla ifadə etməyə çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcıllarının yaradılışı müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.

Elmi inkişafın hər mərhələsində inanan elm adamlarının möhürünü görürük. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontologiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaların varlığını və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan elm adamları idi.

 
XX əsrin ən böyük elm adamlarından biri qəbul edilən Albert Eynşteyn bunları demişdir:

Dərin imana sahip olmayan heç bir elm adamı düşünə bilmirəm. Bunu belə də ifadə etmək olar: dinsiz elmə inanmaq mümkün deyil.

Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə bunları deyir:


Hansı sahədə olarsa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaq: 

“İman gətir.” İman elm adamının əl çəkməyəcəyi bir xüsusiyyətdir.


Elm tarixinin nəzərdən keçirilməsi dəyişiklik və irəlləyişin yaradılış həqiqətini müdafiə edən elm adamlarının əsəri olduğunu göstərir. Digər tərəfdən elmi irəliləyişlər, xüsusilə də XX və XXI əsrdəkilər, yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizi təmin etmişdir. 

Müasir elm və texnologiya kainatın yoxdan var edildiyi, yəni “yaradıldığı” həqiqətini əldə etmişdir. Kainatın bundan təxminən 15 milyard il əvvəl tək bir nöqtənin partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elm şərtlərində materialistlər tərəfindən müdafiə edilən “əvvəli və sonu olmayan” sonsuz kainat modelini məhv etmişdir. Kainatın eynilə Quranda işarə edildiy kimi yaradıldığı, əvvəlinin, hüdudlarının olması və genişlənməsi məlum olmuşdur. Bu həqiqət Qurani-Kərimdə belə ifadə edilir:


Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndiririk. (Zariyat surəsi, 47)

Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizi təmin edən yenə XX əsrin inkişaf edən elmi oldu. Elektron mikroskopu canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirən tərkib hissələrinin möhtəşəm quruluşlarını aşkar etdi. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrənin içində özünü göstərən sonsuz ağlı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki irəliləyişlər orqanizmin molekulyar səviyyədəki mükəmməl funksiyalarını və yaradılışdan kənar açıqlaması olmayan mürəkkəb quruluşunu göstərdi. 

Bunun tam əksinə, təkamül nəzəriyyəsinin 140 il əvvəl ortaya atılmasındakı şərtləri hazırlayıan amil isə dövrün elmi cəhətdən geridə olması idi.

Beləliklə, yaradılış tərəfdarlarının inanclarına davamlı şəkildə yeni dəlillər verən irəliləyişə, inkişafa və elmə qarşı olmalarını düşünmək olmaz. Əksinə olaraq, bunların ən böyük dəstəkləyənidirlər. Yeniliyə həqiqətən qarşı olanlar isə elmin üzə çıxardığı bütün dəlillərə arxa çevirərək həqiqətdənkənar təxəyyül məhsulu olan ssenarilərdən ibarət təkamül nəzəriyyəsini müdafiə edənlərdir.