Pages

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?


Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi tapıntı və ya təcrübə vasitəsilə sübut edilə bilməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq çox insan hətta bu gün bu nəzəriyyəni eynilə yerin cazibə qüvvəsi qanunu və ya suyun itələmə qüvvəsi kimi sübut edilmiş elmi həqiqət hesab edir. Çünki əvvəldə də bildirdiyimiz kimi, təkamülün cəmiyyətə təqdim edilən üzü gerçək üzündən çox fərqlidir. Bir çox insan bu nəzəriyyənin nə qədər boş dəlillərə əsaslandığını və elm tərəfindən hər mərhələdə necə təkzib edildiyini bilmir. Təkamülçülərin əsassız fərziyyələri, qərəzli, həqiqətdənkənar şərhləri, təhrifləri, yalanları, xəyali ssenariləri, psixoloji təlqin metodları, saysız-hesabsız saxtakarlıq və göz pərdələmə üsullarından başqa əsasları yoxdur.

Bu gün biologiya, paleontologiya, genetika, biokimya, mikrobiologiya kimi elm sahələri həyatın heç cür təsadüflər və təbii şərtlər nəticəsində öz-özünə meydana gəlməsinin mümkün olmadığını sübut etmişdir. Canlının hüceyrəsi elm dünyasının ortaq qənaətinə əsasən insanın bu günə qədər qarşılaşdığı ən mürəkkəb quruluş xüsusiyyətini qoruyur. Müasir elm tək bir canlı hüceyrəsinin belə böyük şəhərdən daha mürəkkəb quruluşa, fövqəladə sistemlərə malik olduğunu aşkar etmişdir. Bu cür mürəkkəb quruluş ancaq bütün hissələri eyni anda və qüsursuz ortaya çıxdığı təqdirdə fəaliyyət göstərə bilər. Əks təqdirdə, heç bir işə yaramaz və zaman keçdikcə dağılar, parçalanar və məhv olar. Təkamül nəzəriyyəsinin iddia etdiyi kimi milyon illərlə digər hissələrinin “təsadüflərlə” əmələ gəlməsini gözləyə bilməz. Beləliklə, sadəcə tək bir hüceyrənin mürəkkəb yaradılışı belə Allahın həyatı yoxdan yaratdığını açıq-aşkar göstərir. (Ətraflı məlumat üçün bax: Harun Yəhya, Hüceyrədəki Möcüzə)


Lakin materialist fəlsəfənin tərəfdarı olan müəyyən kütlələr müxtəlif ideoloji mənfəət və gözləntilər səbəbi ilə yaradılış gerçəyini qəbul etmək istəmirlər. Çünki Allahın əmr və qadağalarına əsasən haqq dinin bəşəriyyətə öyrətdiyi gözəl əxlaqı yaşayan cəmiyyətlərin mövcud olması və yayılması bu materialist kütlələrin işinə yaramır. Öz mənfəətləri üçün yönəldəcəkləri, sui-istifadə edəcəkləri, mənəviyyatsız, dini və əxlaqi dəyərlərdən yoxsul nəsillər hər zaman bu kütlələrin dünyəvi mənfəətlərinə daha uyğundur. Beləliklə, insanlara yaradılmadıqları, təsadüflərlə ortaya çıxıb heyvanlardan təkamül nəticəsində əmələ gəldikləri yalanını təlqin edən təkamül nəzəriyyəsini nəyin bahasına olursa olsun, dirçəltməyə və cəmiyyətlərə qəbul etdirməyə çalışırlar. Elmin təkamül nəzəriyyəsini çürüdən və yaradılış gerçəyini sübut edən bütün açıq dəlillərinə baxmayaraq, ağıl və məntiqi bir kənara qoyaraq, hər mühitdə və hər fürsətdə bu cəfəngiyyatı müdafiə edirlər.

Əslində ilk canlı hüceyrəsinin hətta bu hüceyrənin içindəki milyonlarla zülal molekulundan bir dənəsinin belə öz-özünə əmələ gəlməsinin mümkün olmadığı, ağıl və məntiqlə bərabər, ehtimallarla riyazi cəhətdən də sübut edilmişdir. Yəni təkamül nəzəriyyəsi hələ ilk mərhələdə ilk canlı hüceyrənin əmələ gəlməsini açıqlama mərhələsində çökmüşdür. 

Ən kiçik canlı hissəsi olan hüceyrə, təkamülçülərin iddia etdiyi kimi, bəsit və nəzarətsiz dünya şərtləri altında, təsadüflərin nəticəsində əsla əmələ gələ bilmədiyi kimi, XX əsrin ən qabaqcıl laboratoriyalarında da sintez oluna bilməmişdir. Canlı hüceyrəsinin əsasını təşkil edən amin turşularına və onların əmələ gətirdiyi zülallara əsaslanaraq nəinki hüceyrə, hüceyrədəki mitoxondri, robosom, lizosom, hüceyrə qılafı, Holci kompleksi, endoplazmatik şəbəkə və s. kimi orqanoidlərindən bir dənəsi belə əmələ gətirilə bilməz. Ona görə də təkamül nəzəriyyəsinin təsadüfən əmələ gəldiyini iddia edən ilk hüceyrə yalnız xəyal gücünə əsaslanan fantaziya səviyyəsində qalmışdır.

Hələ də açıqlanmamış bir çox sirri özündə saxlayan canlı hüceyrəsi təkamül nəzəriyyəsinin ən böyük müəmmalarından birini təşkil edir.

İstər hüceyrə, istərsə hüceyrənin əsasını təşkil edən zülallardan bir dənəsi də təsadüflər nəticəsində əmələ gəlməsi mümkün olmayan mürəkkəb quruluşa malikdir. Laboratoriya təcrübələri və ehtimal hesablamaları bunun mümkün olmadığını sübut etmişdir. Dövrümüzün ən qabaqcıl laboratoriyalarında ən son texnologiya vasitəsilə də canlı hüceyrəsindəki oxşar məhsuldarlıqla və uğurla zülal əmələ gətirə bilməmişlər. 

Təkamül nəzəriyyəsi baxımından digər müəmma da canlı hüceyrəsinin nüvəsində yerləşən və təxminən 3.5 milyard şifrələmə sistemi ilə canlıya aid bütün məlumatın kodlandığı DNT molekuludur. 1950-ci illərdə elektron mikroskopunun icad olunması ilə quruluşu kəşf edilən DNT möhtəşəm nizam və yaradılışa malik nəhəng molekuldur. Uzun illər təkamül nəzəriyyəsinə inanan, Nobel mükafatına layiq görülmüş Frensis Krik də DNT-ni kəşf etdikdən sonra həyatın mənbəyinin təsadüflərə əsaslanmadığını bu cür etiraf etmək məcburiyyətində qalmışdır:


Bu gün əlində olan məlumatlara əsaslanaraq düzgün insan ancaq bunu deyə bilər: Həyatın mənbəyi möcüzəvi şəkildə ortaya çıxmışdır. 

Türkiyəli məşhur təkamülçülərdən biri olan Prof. Dr. Ali Dəmirsoy da zülal və DNT-nin əmələ gəlməsini belə etiraf edir:

Bir zülalın və nüvə turşusunun (DNT-RNT) əmələ gəlmə ehtimalı fərziyyələrin fövqündə duran ehtimaldır. Hətta müəyyən bir zülal zəncirinin əmələ gəlmə ehtimalı belə astronomik rəqəmlə ifadə ediləcək qədər azdır.

Amerikalı mikrobioloq Homer Ceykobson isə həyatın təsadüfən əmələ gəlməsinin nə qədər mümkün olmadığını belə ifadə edir:


İlk canlı əmələ gəldikdə çoxalması, ətrafdan maddə və enerji alması, böyümə mərhələsi və məlumatları böyüməyə çevirən mexanizmlərə əmr bir anda verilməlidir. Bunların hamısının birləşməsi isə təsadüfən meydana gələ bilməz.

Təkamül nəzəriyyəsinin digər böyük xidməti daşlaşmış qalıqlar (fosillər)dır. İllərlə davam edən arxeoloji qazıntılarda tapılan fosillər arasında təkamül nəzəriyyəsinin irəli sürdüyü kimi canlıların primitiv növlərdən mürəkkəb növlərə mərhələli təkamülünü göstərən keçid formalara əsla rast gəlinməmişdir. Əgər həqiqətən bu cür canlılar keçmişdə yaşayıbsa, onların sayı və növü həddindən artıq olmalıdır. Daha vacib olan budur ki, bu cür əcaib canlıların qalıqlarına fosillər arasında rast gəlinməlidir. Çünki bu keçid formaları həqiqətən mövcud olsaydı, onların sayı bu gün bizə məlum olan heyvan növlərindən daha çox olmalı və dünyanın hər yeri fosilləşmiş ara keçid qalıqları ilə dolu olmalı idi. Təkamülçülər XIX əsrin ortalarından bəri dünyanın hər yerində apardıqları fosil araşdırmalarında bu keçid formalarını axtarırlar. Əslində isə 150 ilə yaxın müddətdə böyük səylə axtarılan bu keçid formalarından əsər-əlamət yoxdur. 

Qısaca desək, fosil izləri də canlıların təkamülun iddia etdiyi kimi ibtidaidən aliyə doğru bir proseslə deyil, bir anda və ən mükəmməl şəkildə ortaya çıxdığını göstərir.

Təkamülçülər yüz əlli ilə yaxındır ki, böyük səylə nəzəriyyələrinə dəlil toplamağa çalışarkən öz əlləri ilə təkamül adlı prosesin baş vermədiyini şəxsən özləri sübut etmişlər. Nəticədə müasir elm bu mübahisəsiz həqiqəti ortaya qoymuşdur: Canlılar kor təsadüflər nəticəsində təkamüllə əmələ gəlməmişdir. Bütün canlıları Rəbbimiz yoxdan yaratmışdır.