Pages

Dinozavrların quşlara çevrilməsi iddiası nə üçün elmə zidd nağıldır?


Təkamül nəzəriyyəsi mümkün olmayanın həqiqətə çevrilməsi ümidi üzərində qurulan bir nağıldır. Bu nağılda quşlar özünəməxsus yer tutur. Quş, hər şeydən əvvəl qanad kimi möhtəşəm orqana malikdir. Qanadlar quruluşca gözəl olmalarından əlavə, bir-birlərilə olan mükəmməl ahəngdarlıqları ilə də heyrət doğururlar. Belə ki, uçmaq min illərlə bəşəriyyətin istəyi olmuş, minlərlə elm adamı və tədqiqatçı bu mövzuya əmək sərf etmişlər. Bəzi çox bəsit təcrübələr istisna olmaqla bəşəriyyət ancaq XX əsrdə uçan vasitələr düzəldə bilmişdir. Quşlar isə bəşəriyyətin yüz illik texnoloji imkanları ilə etməyə çalışdıqları işi milyonlarla il əvvəldən bu günə qədər həyata keçirirlər. Üstəlik, bu cür bacarığı quş balası bir neçə qısa təcrübədən sonra əldə edir. Həm də bir çox xüsusiyyətilə bu günkü texnologiyanın son məhsulu olan təyyarələrlə müqayisə edilməyəcək qədər mükəmməl şəkildə...


Təkamül nəzəriyyəsi canlıların ortaq atadan meydana gəlməsini və müxtəlifliyini açıqlamağa çalışarkən cürbəcür rəylər və yalanlar uydururlar. Quşlar kimi canlılara gəldikdə isə elm artıq tamamilə ortadan qaldırılır və yerini təkamülçülərin nağılları tutur. Bunun səbəbi təkamülçülərin quşların əcdadı olduğunu iddia etdikləri canlılardır. Təkamül nəzəriyyəsi quşların əcdadının sürünənlərdən olan bir dinozavr qrupu olduğunu iddia edirlər. Elə bu iddia cavab tələb edən iki sualı da özüylə bərabər gətirir. Birincisi, dinozavrlar quşlara necə çevriliblər? İkincisi, belə bir çevrilməni göstərən fosillər niyə mövcud deyil?


Dinozavrların quşlara necə çevrildiyi barədə uzun zaman mübahisə edən təkamülçülər nəticədə iki nəzəriyyə irəli sürmüşlər. Bunlardan birincisi “Cursorial” nəzəriyyəsidir. Bu nəzəriyyə dinozavrların qanad açaraq quşlara çevrildiyini iddia edir. İkinci nəzəriyyənin müəllifləri Cursorial nəzəriyyəyə etiraz edir və dinozavrların qanad açıb uçaraq quşlara çevrilməsinin mümkün olmayacağını söyləyirlər. Bəs onda “necə olub dinozavr uçmağa başladı?” sualını fərqli izah edirlər. Ağac budaqlarında yaşayan və digər budaqlara tullanan dinozavrların çabalayaraq quşlara çevrildiyini iddia edirlər. Bu nəzəriyyənin adı isə “arboreal” nəzəriyyədir. Dinozavrların nə üçün havaya qalxdığının cavabı da hazırdır: “milçək ovlamaq üçün!”

Lakin milçək kimi həşərətı tutmaq üçün dinozavr kimi heyvanın bədənində qanadlarla bərabər uçuş sistemi olduğunu iddia edən insanlar əvvəl bu suala cavab verməlidirlər: milçəklərin dövrümüzdəki qabaqcıl texnologiya ilə hazırlanmış vertolyotlar üçün nümunə olan və onlardan daha funksional uçuş sistemləri necə meydana gəlmişdir? Bu barədə təkamülçülər heç bir cavab verə bilmədiklərinə şahidsiniz. Kiçik bir milçəyin uçuş sisteminin açıqlaya bilməyən bir nəzəriyyənin dinozavrların quşa çevrildiyini iddia etməsi, şübhəsiz, son dərəcə ağılsızdır.

Nəticədə bu nəzəriyyələrin latınca adlarından əlavə elmlə əlaqələrinin olmadığı ağıl və məntiq sahibi bütün alimlərin ortaq fikridir. Məsələnin əsası isə sürünənlərin uçmasının tamamilə xəyal olmasıdır.

Dinozavrdan quşa çevrilməni iddia edən təkamülçülər bu iddianın fosil dəlillərini də tapıb göstərməlidirlər. Çünki əgər dinozavrlar quşlara çevrilmişlərsə, tarixdə bu dəyişikliyi əks etdirən yarıdinozavr-yarıquş canlılar yaşamalı və fosilləri olmalıdır. Təkamülçülər uzun illər “Archæopteryx” adlı bir quşun belə bir keçidi təmsil etdiyini iddia etmişlər. Əslində isə bu iddiaları da böyük xətadır.

Archæopteryx xətası

“Dinozavrlarla quşlar arasında keçid forması” olduğu irəli sürülən Archæopteryx bundan təqribən 150 milyon il əvvəl yaşamışdır. Nəzəriyyəyə görə kiçik dinozavrların bir qismi təkamül keçirərək qanad açmış və uçmağa başlamışlar. Archæopteryx “dinozavr əcdadlarından” ayrılan və təzə-təzə uçmağa başlayan ilk növdür.

Ancaq Archæopteryx-in fosilləri üzərində aparılan son tədqiqatlar bu hekayənin elmi əsası olmadığını göstərir. Bu canlı bir keçid forması deyil, sadəcə dövrümüzdəki quşlardan daha fərqli xüsusiyyətlərə malik nəsli kəsilmiş bir quş növüdür.

Archæopteryx-in yaxşı uça bilməyən “yarı-quş” olduğu tezisi yaxın zamana qədər təkamülçü mənbələrdə tez-tez vurğulanırdı. Bu canlının “sternumu”nun, yəni döş sümüyünün olmaması calının uça bilməyəcəyinin ən əsas sübutu kimi göstərilirdi. (döş sümüyü uçmaq üçün lazım olan əzələlərin dayandığı döş qəfəsinin altındakı sümükdür. Dövrümüzdə uça bilən və ya uça bilməyən bütün quşlarda, hətta quşlardan çox fərqli ailəyə aid olan uçabilən məməli yarasalarda belə bu döş sümüyü var.)

Lakin 1992-ci ildə tapılan yeddinci Archæopteryx fosili bu iddianın səhv olduğunu göstərdi. Ancaq bu son tapılan Archæopteryx fosilində təkamülçülərin uzun müddət olmadığını hesab etdikləri döş sümüyü vardı. “Təbiət” jurnalında bu yeni tapılan fosildən belə bəhs edilirdi:

"Son tapılan yeddinci Archæopteryx fosili uzun müddət varlığından şübhə edilən, amma heç bir zaman sübut edilə bilməyən düzbucaqlı döş sümüyünün varlığına işarə edir. Bu canlının uzun məsafələrə uçuş bacarığı hələ də şübhə altındadır, ancaq döş sümüyünün varlığı güclü uçuş əzələlərinin olduğunu göstərir."

Bu tapıntı Archæopteryx-in tam uça bilməyən yarı-quş olduğu iddialarını əsassız etdi.

Digər tərəfdən Archæopteryx-in uça bilən bir quş olduğunun ən mühüm dəlillərindən biri heyvanın tüklərinin quruluşu oldu. Archæopteryx-in dövrümüzdəki quşlardan fərqi olmayan asimmetrik tük quruluşu canlının mükəmməl şəkildə uça bildiyini göstərirdi. Tanınmış paleontoloq Karl O. Dunbarın bildirdiyi kimi “Tüklərinə görə bu məxluq əsl quş xüsusiyyətini ehtiva edir.”

Archæopteryx-in tüklərinin ortaya çıxardığı digər həqiqət bu canlının isti qanlı olması idi. Məlumdur ki, sürünənlər və dinozavrlar soyuq qanlı, yəni bədən temperaturlarını özləri tənzimləməyən, ətraf mühitin bədən temperaturlarına təsir edən canlılardır. Quşlardakı tüklərin ən əsas xüsusiyyətlərindən biri isə bədən temperaturlarını qorumalarıdır. Archæopteryx-in tüklü olması dinozavrların əksinə, isti qanlı canlı olduğunu, yəni bədən temperaturunu qorumağa ehtiyacı olan əsl quş olduğunu göstərirdi.

Archæopteryx-in anatomiyası və təkamülçülərin səhvi

Təkamülçü bioloqların Archæopteryx-i keçid forması kimi göstərərkən əsaslandıqları ən mühüm iki cəhət isə bu heyvanın qanadlarının üzərindəki pəncələri və ağzındakı dişləridir.

Archæopteryx-in qanadlarında pəncələri və ağzında dişləri olduğu doğrudur, ancaq bu xüsusiyyətləri canlının sürünənlərlə hər hansı bir əlaqəsi olduğunu göstərmir. Belə ki, dövrümüzdə yaşayan iki quşda, Touraco corythaixOpisthocomus hoatzin-də də budaqlardan yapışmaq üçün pəncələr var. Bu canlılar heç bir sürünən xüsusiyyəti olmayan əsl quşlardır. Beləliklə, Archæopteryx-in qanadlarında pəncələri olduğu və buna görə də keçid forması olduğu haqqındakı iddia əsassızdır.


Archæopteryx-in ağzındakı dişlərinin olması da bu canlının ara forması olduğu demək deyil. Təkamülçülər bu dişlərin sürünən xüsusiyyəti olduğunu irəli sürərək insanları aldadırlar. Çünki dişlər sürünənlərin tipik xüsusiyyəti deyil. Dövrümüzdə bəzi sürünənlərin dişləri var, bəzilərində isə yoxdur. Daha da mühüm cəhət budur ki, dişli quşlar Archæopteryx-lə məhdudlaşmır. Dövrümüzdə dişli quşların artıq yaşamadığı doğrudur, ancaq fosillərə baxdıqda istər Archæopteryx ilə eyni dövrdə, istər daha sonra, hətta dövrümüzə yaxın tarixlərə qədər “dişli quşlar” kimi adlandırılacaq ayrı bir quş qrupunun yaşadığını görərik.

Əsas olan odur ki, Archæopteryx-in və digər dişli quşların diş quruluşları bu quşların “təkamül əcdadları” olan dinozavrların diş quruluşlarından çox fərqlidir. Martin, Styuart Uetstoun kimi tanınmış ornotoloqların tədqiqatlarına əsasən Archæopteryx-in və digər dişli quşların dişlərinin üstü düzdür və geniş kökləri var. Ancaq bu quşların əcdadı olduğu iddia edilən Teropod dinozavrlarının dişlərinin üstü mişar kimi çıxıntılıdır və kökləri dardır. Bu tədqiqatçılar eyni zamanda Archæopteryx ilə onun “əcdadı” olan Teropod dinozavrların bilək sümüklərini müqayisə etmişlər və arada heç bir bənzərlik olmadığını ortaya qoymuşlar.

Archæopteryx-in dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyini iddia edən və bu sahədəki qabaqcıl şəxslərdən biri olan Con Ostromun bu canlı ilə dinozavrlar arasında irəli sürdüyü “bənzərliklərin” isə əslində səhv olduğu Tarsitano, Hekt A.D. Uolker kimi anatomiyaçıların fəaliyyətlərilə ortaya çıxmışdır.

Bütün bunlar Archæopteryx-in keçid forma olmadığını, sadəcə “dişli quşlar” kimi ad verilən başqa bir sinfə aid olduğunu göstərir. Bu canlını Teropod dinozavrlarla əlaqələndirmək isə son dərəcə əsassızdır. Amerikalı bioloq L. Dim “Quşlar dinozavrdır nəzəriyyəsinin sonu” adlı məqaləsində quş-dinozavr təkamülü iddiası və Archæopteryx haqqında bunları yazır:

"Son elmi fəaliyyətlərin nəticələri göstərir ki, Teropod dinozavrların əlləri (ön ayaq sümüklərindəki) birinci, ikinci və üçüncü xanələrdən törəmişdir. Amma quşların qanadları ikinci, üçüncü və dördüncü xanələrdən törəyir... “Quşlar dinozavrdır” nəzəriyyəsilə bağlı başqa problemlər də var. Teropodların ön ayaqları Archæopteryx ilə müqayisədə bədənlərinə görə çox kiçikdir. Bu canlıların ağır bədənləri də nəzərə alındıqda, bir növ “ön-qanad” təkmilləşdirmələri mümkün deyil. Teropod dinozavrların çox böyük hissəsində (quşlarda olan) semilunatik bilək sümüyü yoxdur və Archæopteryx-ə heç bir bənzəri olmayan bəzi bilək hissələrinə malikdir. Bütün Teropodlarda V1 sinirləri digər bəzi sinirlərlə birlikdə kəlləni yan tərəfdən sona çatır, quşlarda isə eyni sinirlər kəlləni ön tərəfdən onlara aid xüsusi dəlikdən keçərək bitir. Başqa problem isə Teropodların çox böyük qisminin Archæopteryx-dən daha sonra ortaya çıxmasıdır."

Qısaca desək, Archæopteryx-in bir sıra özünəməxsus xüsusiyyətləri bu canlının bir “keçid forma” olmadığını göstərir. Belə ki, bu gün təkamül nəzəriyyəsinin tanınmış tərəfdarlarından Harvard Universiteti paleontoloqları Stefen Cey QauldNaylz Eldrec də Archæopteryx-in fərqli xüsusiyyətlərinə görə “mozaik” canlı olduğunu, amma bir keçid forma olmadığını qəbul edirlər.

Archæopteryx əfsanəsinin sonu: Lonqisquama


Təkamülçülərin Archæopteryx haqqındakı iddialarına son verən ən aşkar dəlil isə 2000-ci ildə elm dünyasının gündəminə daxil olan Longisquama insignis adlı başqa bir fosil quş oldu. Bu fosil 1970-ci illərdə Qırğızıstanda bir entomoloq (həşəratları öyrənən) tərəfindən tapılmış, lakin uzun illər bir muzey küncündə diqqət cəlb etmədən qalmışdı. 2000-ci ildə isə fosili tədqiq edən qərb mütəxəssisləri onun məlum olan ən qədim quş olduğunun fərqinə vararaq bu mühüm tapıntını dünyaya xəbər verdilər.

Longisquama-nın anatomik xüsusiyyətlərinin dövrümüzdəki quşlarınkından fərqi yoxdur. Tükləri, içi boş sümükləri və cınaq sümüyü var. Oreqon Dövlət Universitetinin paleontoloqu Teri Counz “Yaşayan quşlara çox bənzəyir... Bir quş başına, çiyinlərinə və cınaq sümüyünə malikdir. Lades sümüyünü Archæopteryx-inkindən ayırmaq mümkün deyil” yazır.

Mövzunun mühüm cəhəti budur ki, Longisquama-nın 220 milyon il yaşı var. Bu, Longisquama-nın Archæopteryx-dən təxminən 70 milyon il qədim olduğunu göstərir. Əlbəttə, bu vəziyyət Archæopteryx-in “bütün quşların primitiv əcdadı”“sürünənləri ilə quşlar arasındakı itmiş ara forma” olduğunu irəli sürən təkamülçü iddialara son verir.

“Elm” (Science) və “Təbiət” (Nature) jurnalları və dünyada məşhur olan BBC televiziyası tərəfindən qəbul edilən bu irəliləyiş təkamül nəzəriyyəsinin lehinə yanaşması ilə tanınan Milliyyət qəzetində belə ifadə edilmişdir:

“Orta Asiyada tapılan və 220 milyon ilə əvvəl yaşadığı məlum olan fosilin bütün bədəninin tüklərlə örtülü olduğu, quşların əcdadı olduğu iddia edilən Archæopteryx-də və dövrümüzün quşlarında olduğu kimi bir cınaq sümüyünə malik olduğu və tüklərində isə içi boş sapların olduğu müəyyən edildi. Bu isə ARCHAEOPTERYX-İN QUŞLARIN ƏCDADI OLDUĞU İDDİALARINI ƏSASSIZ EDİR... Çünki tapılan fosil Archæopteryx-dən 75 milyon il daha yaşlı idi, yəni quşların əcdadı olduğu iddia edilən canlıdan 75 milyon il əvvəl də bütün xüsusiyyətlərilə birlikdə əsl quş yaşayırdı.”

Longisquama-nın tapılması ilə sadəcə Archæopteryx əfsanəsi deyil, eyni zamanda “quşların təkamülü” haqqındakı bütün təkamülçü fərziyyələr də məhv oldu. Fosili tədqiq edən paleontoloqlardan biri Counz “Bu fosil insanların təkamülçüləri quşların dinozavrlardan təkamül yolu ilə əmələ gəldiyi fikri ilə bağlı sorğu-sual etməsinə əsas verir” deyir.

İdeologiya elmdən üstün tutuldu?

Longisquama insignis əvvəldə də bildirdiyimiz kimi Qırğızıstan ərazisindəki qədim göl mənbəyində rus paleontoloqu Aleksandr Şarov tərəfindən tapılmışdı. Ancaq bu çox vacib tapıntının diqqət verilməli başqa bir cəhəti də vardı. Tapıldığı tarix! Fosil 1970-ci ildə tapılmışdı. Ancaq elm adamları tərəfindən şərh edilərək paleontoloqları heyrətləndirən bir məqalə ilə ictimaiyyətə xəbər verilməsi isə 30 il sonra, yəni 1999-cu ildə mümkün olmuşdu. Bu o deməkdir ki, 30 il boyu elm dünyasının gözündən uzaq saxlanırdı. Bu dövrdə quşa aid fosil Sovet Elmlər Akademiyası nəzdindəki Moskva Paleontologiya İnstitutunda qorunmuş və çox məhdud sayda qərb elm adamı tərəfindən məhdud müddət ərzində tədqiq edilmişdi.

Longisquama insignis-in elm dünyasına sözün əsl mənasında təqdim edilməsi 1999-cu ildə dünyanın qabaqcıl elm adamları tərəfindən tədqiq edilməsindən sonra oldu.

Qısaca desək, təkamülçülərin sürünəndən quşa keçid xəyallarını qəti şəkildə məhv edən bu fosil 30 il elm dünyasından gizlədilmişdi. SSRİ-də tanınmış paleontoloqlar vardı və onların çoxu bu çox əhəmiyyətli fosilin vacibliyini bilməmələrini demək olmazdı. Məlumdur ki, marksist diktatorluq öz ideoloji əsasını sarsıdan elmi dəlili gözlərdən uzaq tutmuş, elm dünyasından gizlətmişdi. Əslində elmin materializm əleyhinə gətirdiyi dəlillərin gizlədilməsinin və ya ört-basdır edilməsinin ilk nümunəsi təkcə bu quş fosili deyildi. Bütün dünyada qəbul edilmiş Mendel qanunları da təkamül nəzəriyyəsilə uyğun gəlmədiyi üçün 20 ildən çox SSRİ tərəfindən etinasızlıqla yanaşılmışdı.

Son tapılan bu fosillə sürünənlərin quşlara çevrilmə xəyalları da tarixə qarışdı. Təkamülçülərin əlində quşların əcdadı kimi iddia ediləcək bir canlı qrupu belə qalmadı. Bu tapıntı təkamülçülərin XX əsrin əvvəllərində balıq-sürünən ara keçid forması kimi iddia etdikləri Coelacanth-ı xatırlatdı. Fosilinə baxaraq ara keçid forması adlandırılan bu canlının 1938-ci ildə yaşayan bir nümunəsi tutulmuş (sonrakı illərdə də dəfələrlə müxtəlif ərazilərdə tutulmuşdur) və tam mənada bir balıq olduğu məlum olmuşdur.

Təkamülçülərin saxta dino-quş fosilləri


Təkamülçülər Archæopteryx haqqındakı iddialarının da məhv olduğunu görərək quşların mənşəyi barədə tamamilə çıxılmaz vəziyyətə düşdülər. Buna görə bəzi təkamülçülər klassik üsullara əl atmaq məcburiyyətində qaldılar: saxtakarlıq. 1990-cı illərdə dünya ictimaiyyətinə bir daha “yarı dinozavr, yarı quş fosil tapıldı” xəbəri verilmiş, təkamülçü mətbuat qurumları bu “dino-quş” çertyojlarını dərc etmiş, bu yolla beynəlxalq yalan kampaniyası həyata keçirilmişdir.

Kampaniyanın təhrif və saxtakarlıq üzərində qurulduğu isə bir-bir aşkar olmuşdur.

Bu kampaniyanın ilk qəhrəmanı 1966-cı ildə Çində tapılan və Sinosauropteryx adlandırılan bir dinozavr idi. Fosil bütün dünyaya “tüklü dinozavr” kimi tanıdılmış və bir çox qəzetdə xəbər verilmişdi. Ancaq sonrakı aylarda Sinosauropteryx üzərində aparılan hərtərəfli təhlillər təkamülçü tədqiqatçıların həyəcanla “quş tükü” kimi tanıtdıqları tüklərin tüklə əlaqəsi olmadığını göstərdi. “Elm” (Science) jurnalında dərc edilən “Tüklü dinozavrın tüklərini yolmaq” adlı bir məqalədə təkamülçü paleontoloqlar tərəfindən “tük” kimi qəbul edilən şeyin əslində tüklə əlaqəsi olmadığı belə bildirilirdi:

“Təxminən bir il əvvəl paleontoloqlar “tüklü dinozavr”a aid fotoşəkillərin ortaya çıxması ilə sevindilər. Çinin Yixian ərazisində tapılan Sinosauropteryx adlı fosil “Nyu York Taymz”ın ön səhifəsində dərc edilmiş və quşların mənşəyinin dinozavrlar olduğuna dair təsirli dəlil kimi təqdim edilmişdi. Amma keçən ay Çikaqodakı onurğalılar paleontologiyası iclasında verilən hökm daha fərqli oldu: fosil nümunələrini tədqiq edən 6 nəfər qərbli paleontoloq bu formaların tük olmadığını söylədilər... Kanzas Universitetinin paleontoloqu Lari Martin bu formaların köhnəlmiş kollagen lifləri olduğunu və quşlarla heç bir əlaqəsi olmadığını bildirdi.”

Digər “dino-quş” kampaniyası isə 1999-cu ildə başlandı. Yenə Çində tapılan bir fosil gündəmə gətirildi və bütün dünyaya “təkamül nəzəriyyəsinə böyük dəlil” kimi təqdim edildi. Kampaniyanın mənbəyi olan National Geographic jurnalı tapılan fosildən ilhamla “tüklü dinozavr” rəsmləri çəkib dərc etdi və bunlar Türkiyə daxil olmaqla bir çox ölkədə qəzetlərdə əsas məqalə oldu. “Sabah”“Hürriyyət” kimi qəzetlər “Qanadlı dinozavr tapıldı”“Uçan dinozavr tapıldı” başlıqlı xəbərlər yayımladılar.

Ancaq 2 il sonra çox təsirli bir həqiqət ortaya çıxdı. 29 mart 2001-ci il tarixli bəzi gündəlik qəzetlərdə təkamül nəzəriyyəsi haqqında mühüm etiraf yer alırdı. 1999-cu ildə ortaya atılan “dino-quş fosili”nin əslində bir saxtakarlıq olduğu, bir sürünənin onurğasına quş skeleti hissələrinin yapışdırılması ilə düzəldildiyi ortaya çıxdı. “Hürriyyət” qəzetinin “DİNO-QUŞ SAXTA ÇIXDI” başlıqlı xəbərində belə yazırdı:

National Geographic jurnalının 1999-cu il sentyabrında quş ilə dinozavr arasındakı əksik halqa olduğunu xəbər verdiyi, haqqında elmi məqalələr yazılan heyvanın saxta olduğu məlum oldu. 'Archaeoraptor liaoningensis' adı verilən hindtoyuğu böyüklüyükdəki dino-quşun skeletinin başqa heyvanlara aid sümüklərdən birləşdirilərək düzəldildiyi ortaya çıxdı.

Təkamül nəzəriyyəsinin mühüm əksikliyi işıqlandırdığı fərz edilən dino-quşun 125 milyon il əvvələ aid olduğu, Çinin Liaoninq əyalətində tapıldığı irəli sürülürdü. Tüklü bədəni bir quşa bənzəyir, ancaq uzun, sümüklü quyruğu ətyeyən dinozavrları xatırladırdı. Həftəlik ingilis elmi jurnalı “Təbiət”in (Nature) bu günkü sayında dərc edilən bir tədqiqat dino-quşun saxta olduğunu nümayiş etdirdi. İçlərində üç paleontoloqun olduğu bir qrup tədqiqatçı kompüter tomoqrafiyasının köməyilə saxtakarlığı sübut etdilər. Dino-quş əslində Çinli qaçaqmalçıların əsəri idi... Qaçaqmalçılar yapışqan və əhəngdən istifadə edərək 88 sümük və daşdan dino-quş düzəltmişdilər. Archaeoraptor-un ön hissəsi təkcə bir quşa aid fosil idi, ancaq dinozavrın quyruğu ilə birlikdə bədən hissəsində dörd ayrı növə aid sümüklər vardı. Dino-quşun kompüterdə tədqiq edilməsi quş skeletinin daha əvvəl məlum olmayan növlərə aid olduğuna, dino hissəsinin isə kiçik dinozavrların yeni növünə işarə etdi. (Cümlə “Hürriyyət”dən götürülmüşdür)

Bəs necə olmuşdu ki, National Geographic jurnalı bu qədər böyük bir elm saxtakarlığını bütün dünyaya “təkamül nəzəriyyəsinin böyük dəlili” kimi göstərmişdi? Bu sualın cavabı sözügedən jurnalın təkamül fanatizmində gizlənir. National Geographic jurnalı darvinizmə kor-koranə bağlandığı və təkamül nəzəriyyəsinin lehinə olduğunu gördüyü hər cür təbliğat materialını elmin aqibətini düşünmədən istifadə etdiyi üçün ikinci bir “Piltdaun qalmaqalına” imza atmışdı.

Təkamülçü elm adamları belə National Geographic-in fanatizmini qəbul edirdi. ABŞ-dakı məşhur Smitsonian İnstitutunun quşlarla bağlı fakültə rəhbəri Dr. Storrs L. Olson bu fosilin saxta olduğuna dair əvvəlcədən National Geographic-i xəbərdar etdiyini, ancaq jurnalın rəhbərliyinin bunu qulaqardı etdiyini açıqladı. Olson “ABŞ Bu Gün” qəzetinə verdiyi açıqlamada isə “Problem budur ki, fosilin saxta olduğu müəyyən bir mərhələdə National Geographic tərəfindən də başa düşülmüşdü, lakin bu məlumat açıqlanmadı” deyirdi. Yəni National Geographic bütün dünyaya böyük təkamül dəlili kimi göstərdiyi fosilin saxta olduğunu başa düşməsinə baxmayaraq bu saxtakarlığa davam etmişdi.

National Geographic jurnalının göstərdiyi bu münasibətin təkamül nəzəriyyəsi xatirinə qurulan ilk saxtakarlıq olmadığını da bildirmək lazımdır. Ortaya atıldığından bəri nəzəriyyəni dəstəkləmək üçün bir çox saxtakarlıq edilmişdir. Alman bioloq Ernst Hekel Darvini dəstəkləmək üçün saxta embrion rəsmini çəkmişdir. İngilis təkamülçülər insan kəlləsinə oranqutan çənəsi yapışdıraraq onu Britaniya Muzeyində 40 ildən çox “Piltdaun adamı-Təkamülün ən böyük dəlili” kimi nümayiş etdirmişlər. Amerikalı təkamülçülər bir donuz dişini “Nebraska adamı” kimi göstərmişlər. Dünyanın hər tərəfində “rekonstruksiya” adı verilən saxtakarlıqlarla əslində heç bir zaman yaşamamış “primitiv məxluqlar” və ya “meymun adamlar” təsvir edilmişdir.

Qısaca olaraq, təkamülçülər daha əvvəl Piltdaun adamı saxtakarlığında əl atdıqları üsuldan bir daha istifadə etmişdilər: tapa bilmədikləri ara keçid formasını özləri düzəltmişdilər. Bu hadisə təkamül nəzəriyyəsi lehinə aparılan beynəlxalq təbliğatın nə qədər yalan olduğunu və təkamülçülərin nəzəriyyəyə bağlılıq uğrunda hər cür saxtakarlığa əl ata biləcəklərinin bir sübutu kimi tarixə düşdü.