Canlılar fosil izlərində müəyyən sıra ilə yerləşirlər. Bu sıra ən qədimdən yeniyə doğru tədqiq edildikdə mikroorqanizmlər, onurğasız dəniz canlıları, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər formasındadır. Təkamülçülər bu sıralamanı səhv izah edərək təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf yolu keçmiş, bu inkişaf ərzində də canlı növləri müxtəlifləşmişdir. Məsələn, 300 milyon illik fosillər tədqiq edildikdə insan fosillərinə rast gəlinməməsini buna dəlil kimi göstərilir. Türk təkamülçülərdən Aykut Kence belə deyir:
“Təkamül nəzəriyyəsini əsassız olduğunu sübut etmək istəyirsiniz? Elə isə gedin, Kembri dövrünün fosilləri arasında insan fosilləri fosilləri tapın! Bunu edən insan təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmiş olur, bu tapıntısı üçün Nobel mükafatı da alar.”
İbtidaidən mürəkkəbə çevrilmə sıralaması qeyri-realdır
Kencenin sözlərində ifadə edilən bu təkamülçü məntiqi nəzərdən keçirək. Əvvəla, ”ibtidaidən mürəkkəbə doğru dəyişdiyini bildirən” ifadəsi həqiqəti əks etdirməyən təkamülçü izahdır. Bu təkamülçü iddianı nəzərdən keçirən ABŞ-dan olan biologiya elmləri üzrə professor Frank L. Marş “Təbiətdə müxtəliflik və sabitlik” adlı kitabında “canlılar ibtidaidən mürəkkəbə doğru irəliləyən, kəsintisiz, davamlı sıralanmır” deyir.
Məlum olan bütün heyvan siniflərinin böyük əksəriyyətinin Kembri dövründə birdən-birə ortaya çıxdıqları təkamülçülərin bu barədə iddialarını çürüdən çox güclü dəlildir. Habelə birdən-birə ortaya çıxan bu canlılar təkamül nəzəriyyəsinin fərziyyələrinin tam əksinə, bəsit deyil, mürəkkəb bədən quruluşlarına malikdirlər.
Sərt dəriləri, buğumlu bədənləri və mürəkkəb orqanları ilə çox mürəkkəb canlılar olan tribolitlər onlardan biridir. Fosil izləri tribolitlərin gözlərini belə çox ətraflı öyrənməyə imkan vermişdir. Bir tribolit gözü yüzlərlə kiçik pətəkdən ibarətdir və bu pətəklərin hər birinin içində qoşa göz yerləşir. Bu göz quruluşu əsl yaradılış möcüzəsidir. Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Roup “tribolitlərin gözü ancaq dövrümüzün bilikli və son dərəcə bacarıqlı optika mühəndisi tərəfindən düzəldiləcək dizayna malikdir” deyir.
Mövzunun digər maraqlı tərəfi budur ki, eyni göz quruluşu dövrümüzdəki milçəklərdə də var. Yəni 520 milyon ildir ki, eyni göz quruluşu mövcuddur.
Kembri dövründəki fövqəladə vəziyyət haqqında Çarlz Darvin “Növlərin Mənşəyini” qələmə alarkən də az-çox məlumat var idi. O dövrün fosil izlərində də Kembri dövründə çox müxtəlif canlıların çox mürəkkəb quruluşları ilə və bir anda ortaya çıxdığı müəyyən edilmişdi. Buna görə Darvin “Növlərin mənşəyi” adlı kitabında bu mövzuya toxunmaq məcburiyyətində qalmışdır. O vaxtlarda Kembri dövrü “Silurien dövrü” kimi tərif edilirdi. Darvin isə “Məlum olan qədim fosil izlərində müxtəlif növlərin birdən-birə ortaya çıxması haqqında” başlığı altında bu mövzuya toxunmuş və Silurien dövrü haqqında belə yazmışdı:
Silurien dövrünə aid tribolitlərin bu dövrdən çox daha əvvəllər yaşamış və elmə məlum olan heyvanların heç birinə bənzəməyən bir cür qabıqlı heyvandan təkamül yolu ilə əmələ gəldiyinə şübhə etmirəm... Nəticədə, əgər mənim nəzəriyyəm doğrudursa, ən qədim Silurien təbəqəsinin əmələ gəlməsindən əvvəl çox uzun dövrlər olmalıdır, Silurien dövründən bu günə qədər keçmiş zaman qədər uzun dövrlər. Hələ məlum olmayan bu dövrlər ərzində dünya canlı varlıqlarla dolub-daşmalıdır. Bu uzun zamanlara aid fosil izlərini nə üçün tapa bilmədiyimiz sualına isə qaneedici heç bir cavabım yoxdur.
Darvin “əgər nəzəriyyəm doğrudursa, dünya Silurien (Kembri) dövründən əvvəl yaşayan canlılarla dolub-daşmalıdır” demişdi. Bu canlıların nə üçün heç bir fosili olmadığı sualına isə bütün kitabı boyu təkrarladığı “fosillər kifayət qədər deyil” bəhanəsilə cavab tapmağa çalışmışdı. Ancaq bu gün fosillər də kifayət qədərdir, Kembri dövrünün canlılarının da heç bir əcdadı olmadığı da məlum olmuşdur. Buna görə Darvinin “əgər nəzəriyyəm doğrudursa” deyə başladığı cümləsini qəbul etmək olmaz. Darvinin fərziyyələri baş tutmamışdı və buna görə də nəzəriyyəsi doğru deyil.
Canlıların ibtidaidən mürəkkəbə doğru inkişaf etmədiyini, ilk dəfə irəli sürüldüyü anda son dərəcə mürəkkəb olduğunu göstərən başqa bir misal da fosil izlərinə əsasən 400 milyon il əvvəl meydana çıxmış köpək balığıdır. Bu canlı itirdiyi dişlərinin yenilənməsi kimi ondan milyonlarla il sonra yaradılmış bir çox canlıda olmayan üstün xüsusiyyətə malik idi. Məməlilər ilə məməlilərdən yüz milyonlarla il əvvəl üzə çıxmış ahtapotların göz quruluşlarının son dərəcə oxşar olması, eyni mürəkkəb quruluşa və sistemlərə malik olması da buna misal ola bilər.
Bütün bu misallar canlı növlərinin üzə çıxmalarında ibtidaidən mürəkkəbə doğru sıralama olmadığını ortaya qoyur.
Bu həqiqət canlıların forma, funksiya və genetik quruluşu üzərindəki tədqiqatların nəticələrinə əsasən də aşkar olmuşdur. Məsələn, forma və böyüklüyünə görə fosil təbəqələrinin alt qatlarında yerləşən bir çox canlının onlardan sonra ortaya çıxan canlılarla müqayisədə daha böyük kütləyə malik olduğunu görürük (dinozavrlar kimi).
Canlıların funksional xüsusiyyətləri tədqiq edildikdə də eyni həqiqətlə qarşılaşırıq. Quruluşu ilə bağlı tədqiqatlar aparıldıqda qulaq da “ibtidaidən mürəkkəbə doğru inkişaf” iddiasını təkzib edən nümunədir. Suda-quruda yaşayanlarda orta qulaq boşluğu var, onlardan daha sonra üzə çıxan sürünənlərdə kiçik sümüyə bitişik bəsit eşitmə sistemi var və orta qulaq boşluğu yoxdur.
Genetik tədqiqatlar da buna bənzər nəticələrə gəlir. Aparılan araşdırmalar xromosom saylarının canlıların mürəkkəbliyini əks etdirən sıra əmələ gətirmədiyini göstərir. Məsələn, insanda 46 xromosom var, Copepode xərçəngində xromosomların sayı 6-dır, mikroskopik canlı olan Radiolaria-da isə 800-dür.
Canlılar onlar üçün “ən uyğun” dövrdə yaradılmışlar
Fosillər tədqiq edildikdə qarşımıza çıxan əsl həqiqət budur ki, canlılar yer üzündə onların yaşaması üçün ən uyğun dövrdə meydana çıxmışlar. Bütün canlıları mükəmməl yaradılışla yaradan Allah onların yer üzündə ortaya çıxdıqları dövrü də ehtiyaclarına uyğun şəkildə müəyyən etmişdir.
Buna misal olaraq yer üzündə ən qədim bakteriyalara aid fosillərlə rastlaşdığımız 3,5 milyard il əvvəlki yer üzünü nəzərdən keçirək. Bu dövr bir çox mürəkkəb canlının və insanın həyatı üçün atmosfer şərtləri və temperatur baxımından əsla əlverişli deyil. Bu uyğunsuzluq təkamülçü Kencenin “təkamülün əsassız olduğunu sübut etmək istəyənə insan fosili tapmaq üçün məsləhət” gördüyü Kembri dövrünə də aiddir. 530 milyon il əvvələ çıxan bu dövr qidalanma şərtləri baxımından insan üçün heç cür uyğun deyil. (bu dövrdə heç bir dənə də quruda yaşayan canlı yoxdur).
Sonrakı dövrlərin böyük əksəriyyəti üçün də vəziyyət eynidir. Fosilləri tədqiq etdikdə insanın yer üzündə yaşaması üçün lazımlı şərtlərin ancaq bir neçə milyon il əvvəl təmin edildiyi görünür. Bu vəziyyət digər bütün canlılara da aiddir. Hər canlı qrupu onun üçün uyğun şərtlər təmin edildikdə, yəni “vaxtı gəldikdə” ortaya çıxmışdır.
Təkamülçülər bu həqiqəti təhrif edirlər və sanki “bu uyğun şərtlər canlıları yaratmışdır” kimi düşünürlər. Əslində isə uyğun şərtlərin təmin edilməsi sadəcə canlıların “vaxtının gəldiyini” göstərir. Canlıların ortaya çıxması ancaq şüurlu surətdə, yəni Allahın qüsursuz yaratması ilə mümkündür.
Buna görə də canlıların mərhələli şəkildə ortaya çıxması təkamülün deyil, onları yaradan Allahın sonsuz ağlının və biliyinin bir dəlilidir. Yaradılan hər canlı qrupu ondan sonrakının varlığı üçün lazımlı şərtləri təmin etmiş və bizim üçün çox uzun zaman ərzində bütün canlılar ekoloji tarazlıq qurularaq yaradılmışdır.
Digər tərəfdən bu uzun zamanın sadəcə bizim üçün uzun, Allah Qatında isə bir “an” olduğunu bilmək lazımdır. Zaman sadəcə yaradılmışlara aid anlayışdır. Allah zamanın da yaradıcısı olduğu üçün zamandan asılı deyil. (ətraflı məlumat üçün bax: Harun Yəhya, Zamansızlıq və Qədər Həqiqəti)
Təkamülçülər bir canlı növünün digər bir canlı növünə çevrildiyini göstərmək istəyirlərsə, bu canlıların yer üzündə mərhələli şəkildə çıxdığını göstərməli deyillər. Onlar bu müxtəlif canlı növlərini bir-birinə bağlayan keçid formalarının fosillərini dəlil kimi göstərməlidirlər. Çünki meduzanın balıqlara, balıqların sürünənlərə, sürünənlərin quşlara və məməlilərə çevrildiyini iddia edən bir nəzəriyyənin sübut edilməsi üçün fosilləri tapmaq çətindir. Darvin də bunu qəbul etmiş, bu fosillərdən “saysız-hesabsız” nümunə tapılmasının vacibliyini, ancaq əlində heç bir nümunə olmadığını yazmışdır. O vaxtdan bəri 150 il keçsə də, yenə heç bir ara keçid forma tapa bilməmişlər. Təkamülçü paleontoloqlardan Derek V. Eycerin qəbul etdiyi kimi, fosillər “mərhələli təkamüllə deyil, birdən-birə yer üzündə əmələ gələn qrupları” göstərir.
Nəticədə təbiət tarixi canlıların təsadüflərlə əmələ gəlmədiyini, uzun dövrlər ərzində mərhələ-mərhələ yaradıldıqlarını göstərir. Bu isə yaradılış haqqında Quranda verilən məlumatlarla tamamilə üstünlük təşkil edir:
Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz? (Səcdə surəsi, 4)
Ayədə işlədilən “gün” sözü (ərəbcə yəvm) uzun dövrlər mənasını verir. Yəni, Quranda bütün təbiətin bir anda deyil, ayrı-ayrı dövrlərdə yaradıldığına diqqət çəkilir. Dövrümüzdə geologiya sahəsindəki tapıntılar bu həqiqəti əks etdirən cədvəli ortaya qoyur.
Elmdə irəliləyişin qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamlarıdır
Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, irəliləyiş kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.
Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini müəyyən edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.
XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn belə demişdir:
Dərin imana malik olmayan heç bir elm adamı təsəvvür edə bilmirəm. Bu, belə də ifadə edilə bilər: Dinsiz bir elmə inanmaq mümkün deyil.
Müasir fizikanın əsasını qoyan alman fiziki Maks Plank isə belə deyir:
Hansı sahədə olursa olsun, elmlə ciddi şəkildə məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: “İman elm adamının əl çəkməyəcəyi xüsusiyyətdir”
Elm tarixinin tədqiq edilməsi dəyişikliyin və irəliləyişin yaradılış gerçəyini müdafiə edən elm adamarının əsəri olduğunu göstərir. Digər tərəfdən elmi irəliləyişlər, xüsusilə də XX və XXI əsrdəkilər yaradılışın saysız-hesabsız dəlilini əldə etməyimizə kömək etmişdir. Müasir elm və texnologiya kainatın yoxdan yaradıldığı, yəni “yaradıldığı” həqiqətini anlamışdır. Kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtədən partlayaraq genişlənməsi nəticəsində meydana gəlməsi bu gün bütün elm dünyası tərəfindən qəbul edilmiş həqiqətdir. Beləliklə, XIX əsrin bəsit elmi şərtləri daxilində materialistlər tərəfindən müdafiə edilən “əvvəli və sonu olmayan” sonsuz kainat modeli məhv edilmişdir. Kainatın eynilə Quranda bildirildiyi kimi yaradıldığı, bir başlanğıcının və sərhədlərinin olduğu və genişləndiyi başa düşülmüşdür. Bu həqiqət Qurani-Kərimdə belə ifadə edilir:
Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)
Göyü qüdrətimizlə Biz yaratdıq və Biz onu genişləndirməkdəyik! (Zariyat surəsi, 47)
Canlılardakı yaradılışın bir çox yeni dəlilini əldə etməyimizə kömək edən yeni XX əsrin inkişaf edən elmi oldu. Elektron mikroskopu vasitəsilə canlıların ən kiçik hissəsi olan hüceyrənin və onu əmələ gətirən hissələrin möhtəşəm quruluşlarını müşahidə etmək mümkün oldu. DNT-nin kəşf edilməsi mikroskopla görə bildiyimiz hüceyrənin içində özünü göstərən sonsuz ağlı sübut etdi. Biokimya və fiziologiya sahəsindəki irəliləyişlər orqanizmin molekulyar səviyyədə mükəmməl funksiyalarını və yaradılış xaricində açıqlanması mümkün olmayan mürəkkəb quruluşunu göstərdi.
Bunun əksinə, təkamül nəzəriyyəsinin 140 il əvvəl irəli sürülməsindəki şərtləri hazırlayan amil isə həmin dövrün elmi cəhətdən geri olması idi.
Nəticədə yaradılışı müdafiə edənlərin imanlarına davamlı olaraq yeni dəlillər verən irəliləyiş, inkişaf elmə maneə yaratmır, əksinə onların ən böyük dəstəkçisidir. Yeniliyin qarşısındakı maneələr isə elmin ortaya qoyduğu bütün dəlillərdən üz çevirərək əsassız fantaziyaların məhsulu olan təkamül nəzəriyyəsini müdafiə edənlərdir.