Pages

“İnsan embrionundakı qəlsəmələr” cəfəngiyyatı hansı elmi saxtakarlığa əsaslanır?

Canlıların doğuşlarına qədər olan müddət ərzində ana bətnində “təkamülə dəlil olan bəzi dövrlər” keçirməsi tezisi təkamül nəzəriyyəsinin əsassız iddiaları arasında xüsusi yer tutur. Çünki təkamülçü ədəbiyyatda “repapitulyasiya” kimi tanınan bu tezis elmi səhv olmasından başqa həm də elmi saxtakarlığı da ifadə edir.

Hekelin rekapitulyasiya cəfəngiyyatı

Rekapitulyasiya iddiası təkamülçü bioloq Ernst Hekel tərəfindən XIX əsrin sonlarında ortaya atılmışdır. Bu terminin ifadə etdiyi təkamülçü tezis “ontogenez filogenezin təkrarıdır” (ontogeny recapitulates phylogeny) şəklində ifadə edilən bir iddia irəli sürür. Bunun mənası budur ki, canlı embrionlar inkişaf prosesi zamanı “təkamül əcdadlarının” keçirdikləri təkamül prosesini təkrarlayırlar. Məsələn, insanın ana bətnində əvvəlcə balıqlara, sonra sürünənə bənzədiyini, sonra da insan xüsusiyyətlərini göstərdiyi irəli sürülür. Embrionun inkişaf dövrü ərzində “qəlsəmə”yə malik olması iddiası da elə bu tezisdən qaynaqlanır.

Lakin bu tezis xürafatdan ibarətdir. Rekapitulyasiyanın ortaya atılmasından sonrakı illər ərzində elmdəki irəliləyişlər tezisin əsaslılığının araşdırılmasına imkan yaratdı. Sonda tezisin bunu ortaya atan təkamülçülərin xəyal güclərindən və məqsədli təhriflərindən başqa əsası olmadığı məlum oldu. İnsan embrionunun ilkin dövrlərində ortaya çıxdığı iddia edilən “qəlsəmələrin” əslində insanda orta qulaq boşluğu, yevstaxi borusu, paratiroid və timus (çəngələbənzər) vəzlərinin əmələ gəlməsindən əvvəl - inkişaf dövründəki formaları olduğu məlum oldu. Təkamülçülər tərəfindən insan embrionunun “yumurtanın sarı kisəsinə” bənzədilən hissəsinin rüşeym üçün qan hazırlayan bir hissə olduğu müəyyən edildi. Təkamülçülər embrionda görərək “quyruğa” bənzətdikləri hissənin isə insanın onurğa sümüyü olduğu üzə çıxmış və təkamülçülərin “quyruq” bənzətməsinin bu hissənin ana bətnində ayaqlardan əvvəl inkişafa başlamasından irəli gəldiyi məlum oldu.

Rekapitulyasiya iddiasının elmi cəhətdən yanlışlığı bu gün qabaqcıl təkamülçü elm adamları tərəfindən də qəbul edilir. Neo-darvinizmin banilərindən olan Corc Qeylord Simpson “Hekel təkamül inkişafını səhv şəkildə ortaya qoydu. Bu gün canlıların embrioloji inkişafının keçmişlərini əks etdirmədiyi artıq qəti şəkildə məlumdur” deyə yazır. “American Scientst”də dərc edilən bir məqalə isə bu həqiqəti oxuyucularına belə bildirmişdir:

Biogenetika qanunu (Rekapitulyasiya nəzəriyyəsi) artıq tamamilə ölmüşdür. 1950-ci illərdə dərsliklərdən çıxarılıb. Əslində elmi mübahisə kimi 1920-ci illərdə sonu çatmışdı.

Eyni həqiqət “New Scientist” jurnalının 16 oktyabr 1999-cu il tarixli sayında da bildirilmişdir:

Hekel nəzəriyyəsini “biogenetik qanun” adlandırdı və bu düşüncə qısa müddətdə “rekapitulyasiya” kimi tanındı. Əslində isə Hekelin kəskin qanununun səhv olması yaxın gələcəkdə göstərildi. Məsələn, erkən inkişaf dövründəki insan embrionunun heç vaxt bir balıq kimi qəlsəmələri olmur və embrion heç vaxt yetkinləşmiş bir sürünənə və ya meymuna bənzər mərhələlərdən keçmir.

Göründüyü kimi tezisin ortaya atılmasından sonrakı irəliləyişlər “rekapitulyasiya”nın heç bir elmi əsasının olmadığını göstərdi. Ancaq eyni irəliləyişlər tezisin sadəcə elmi xətadan deyil, açıq-aşkar “saxtakarlıq”dan qaynaqlandığını da göstərəcəkdi.

Hekelin şəkil saxtakarlığı

Rekapitulyasiya tezisini ortaya atan Ernst Hekel nəzəriyyəsini dəstəkləmək üçün bəzi şəkillər də dərc etmişdi. Sonrakı illərdə və hələ Hekel həyatda ikən aparılan araşdırmaların ortaya qoyduğu nəticə son dərəcə təəccüblü idi. Hekel balıq və insan embrionlarını bir-birinə bənzədə bilmək üçün saxta şəkillər çəkmişdi! Saxtakarlığının üzə çıxmasından sonrakı açıqlamaları isə daha çox təəccüb doğururdu:

"Etdiyim bu saxtakarlıq etirafından sonra özümü alçaldılmış və qınanmış hiss etməliyəm. Lakin mənim təsəllim budur ki, mənimlə bərabər günahkar olan bir çox adam, bir çox etibarlı müşahidəçi və məşhur bioloq da var ki, onların nərş etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənimki qədər edilmiş saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, az-çox təhrif edilmiş, sxemləşdirilərək yenidən qurulmuş şəkillər var."

Tanınmış elmi jurnallardan olan “Science” (Elm) da 5 iyul 1997-ci il tarixli sayında Hekelin embrion şəkillərindəki saxtakarlığa toxunmuşdu. “Hekelin embrionları: saxtakarlıq yenidən kəşf edildi” başlıqlı məqalədə bu həqiqətlər vurğulanmışdır:

Londondakı Müqəddər Corc Tibb fakültəsin Xəstəxanasından Maykl Riçardson “(Hekelin şəkillərinin) verdiyi təəssürat, yəni embrionların bir-birinə çox bənzədikləri təəssüratı səhvdir” deyir... O və dostları Hekelin çəkdiyi növdə və yaşda olan canlıların embrionlarını yenidən tədqiq edərək və fotoşəkillərini çəkərək özləri müqayisə etmişlər. Riçardson “Anatomiya və Embriologiya” jurnalında yazdığı məqalədə “embrionlar çox vaxt təəccüblü dərəcədə fərqli görünürlər” deyə qeyd edir.

“Science” (Elm) jurnalı eyni zamanda bu məlumatlara da yer vermişdir:

“Riçardson və qrupunun bildirdiyinə görə, Hekel sadəcə orqanlar əlavə etmək və ya çıxarmaqla kifayətlənməmiş, eyni zamanda fərqli növləri bir-birinə bənzər göstərmək üçün böyüklük ölçüləri ilə oynamış, bəzən embrionları bir-birindən on dəfə fərqli göstərmişdir. Habelə, Hekel fərqlilikləri gizlətmək üçün növlərin adını qeyd etməkdən qaçmış və təkcə bir növü sanki bütün heyvan qrupunun təmsilçisi kimi göstərmişdir. Riçardson və qrupunun bildirdiyinə görə, əslində bir-birlərinə çox yaxın olan balıq növlərinin embrionlarında belə görünüşləri və inkişaf prosesləri baxımından çox böyük fərqlər var. Riçardson “(Hekelin şəkilləri) biologiyanın ən böyük saxtakarlıqlarından birinə çevrilmişdir” deyir.”


Hekelin saxtakarlığının hələ 1901-ci ildə ortaya çıxmasına baxmayaraq, bir əsrə yaxın bir müddət boyu bu mövzunun sübut edilmiş elmi qanunmuş kimi təkamülçü KİV-də yer alması da cəlb edicidir. Təkamülçü düşüncə sahibləri ideologiyalarını elmi əsaslara qarşı qoyaraq özləri də bilmədən çox vacib mesaj vermişlər: Təkamül elm deyil, elmi həqiqətlərə baxmayaraq, ayaqda tutulmağa çalışılan doqmadır.