Pages

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın yer üzündə peyda olduğu zamanı ilə bağlı sualın cavabını tapmaq üçün fosillərə müraciət etmək lazımdır. Fosillər insanla bağlı tapıntıların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurdu. Aparılan işlər bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rasel Tatl bu sözləri yazmışdı:

"Bu izlər çılpaq ayaqqlı bir Homo Sapiens (insan) tərəfindən qoyulmalıdır. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir."


Aparılan tədqiqatlarla ayaq izlərinin sahibləri də müəyyən edildi. 10 yaşında, dövrümüzün insanı ilə eyni xüsusiyyətli daşıyan bir insanın 20 ədəd və daha kiçin bir insanın 27 ədəd fosilləşmiş ayaq izi vardı. Meri Likeyin tapdığı izləri tədqiq edən Don Cohanson və Tim Uayt kimi tanınmış paleoantropoloqlar da bu nəticəyə gəldilər. Uayt bu fikrini aşağıdakı sözləri ilə açıqlayır:

"Heç şübhəniz olmasın... Bunlar dövrümüzün insanının ayaq izlərindən heç fərqlənmir. Əgər bu izlər bu gün Kaliforniya çimərliyində olsaydı və bir uşaqdan bunların nə olduğunu soruşsaydılar, heç tərəddüd etmədən burada bir insan gəzdiyini söyləyərdi. Bunlar qumsaldakı digər yüzlərlə insanın ayaq izindən ayırd edə bilməzdi. Elə siz də ayırd edə bilməzsiniz."

Sözügedən ayaq izləri təkamülçü elm adamları arasında əsas mübahisəyə səbəb oldu. Çünki bu izlərin bir insana aid olduğunu qəbul etmələri meymundan insana doğru qurduqları xəyali sıralamanı əsassız edəcəkdi. Ancaq burada ehkamçı təkamülçü məntiq bir daha özünü göstərdi. Təkamülçü alimlərin bir çoxu bir daha yanlış izahları üçün elmdən əl çəkdilər. Laetolidə tapılan izlərin meymunabənzər canlıya aid olduğunu iddia etdilər. Bu iddianı müdafiə etməyə çalışan təkamülçülərdən Rasel Tatl yazırdı:

"Nəticədə Laetoli bölgəsindəki 3.6 milyon illik ayaq izləri bu gün dövrümüzdəki insanın ayaq izlərinə çox bənzəyir. Tapıntı bu izləri qoyan canlıların bizdən daha pis və ya fərqli yeriyən bir canlı olduğunu göstərmir. Əgər bu izlər bu qədər qədim olmasaydı, bunların da bizim kimi bir homo (insan) tərəfindən qoyulduğunu mübahisəsiz qəbul edə bilərdik... Ancaq yaş probleminə görə bu izləri Lusi fosili ilə eyni növə, yəni Australopitekus Afarensis (təkamülçülərin yarıinsan-yarımeymun kimi göstərməyə çalışdıqları, əslində isə nəsli tükənmiş meymun növü) növünə aid canlı tərəfindən qoyulduğunu qəbul etmək məcburiyyətindəyik."

İnsanla bağlı ən qədim qalıqlardan biri də Luis Likey tərəfindən 1970-ci illərin əvvəlində Olduvai Corc bölgəsində tapılan daş daxmanın qalıqlarıdır. Daxmanın qalıqları 1.7 milyon illik təbəqədə idi. Afrikanın bəzi bölgələrində yerləşən və bu gün də istifadə edilən buna bənzər daxmaların bu gün Homo sapiens, yəni dövrümüzün insanı tərəfindən qurulduğu məlumdur. Bu qalıq, insanın təkamülçülər tərəfindən əcdadı kimi göstərilən “meymunabənzər məxluqlarla” eyni tarixdə yaşadığını ortaya qoyur.

Efiopiyanın Hadar ərazisində tapılan 2.3 milyon illik insan çənəsi də dövrümüzün insanının yer üzündə təkamülçülərin irəli sürdüyü tarixdən çox daha əvvəl mövcud olduğunu göstərir.

İnsana aid tapılan ən qədim və qüsursuz fosillərdən biri də KNM-WT 15000 və ya digər adı ilə “Turkana uşağı” skeletidir. 1.6 milyon illik bu fosili təkamülçü Donald Cohanson belə tərif edir:

"Uzun və zəif idi. Bədən forması və bədən üzvlərinin nisbəti bu günki Ekvator afrikalılarınkı ilə eyni idi. Bədən üzvləri dövrümüzün yetkin Şimali amerikalılarla tamamilə uyğun gəlirdi."

Aparılan tədqiqatlar fosilin 12 yaşında bir uşağa aid olduğunu və böyüsəydi 1.83 m boyu olacağını göstərmişdir. ABŞ-dan olan paleoantropoloq Alan Parker “adi bir patoloqun bu uşağın skeleti ilə dövrümüzdəki insanın skeletini bir-birindən ayırması çox çətindir” deyir.

İnsana aid tapılan qalıqlardan ən çox əks-səda doğuranlarından biri də 1995-ci ildə İspaniyada tapılan fosil idi. İspaniyanın Atapuerko ərazisində Qran Dolina mağarasında aparılan araşdırmalarda aşkar edilən 800 min illik fosil 11 yaşlı insana aid idi və onu tapan tədqiqatçıları təəccübləndirmişdi. Madrid Universitetindən olan üç ispan paleoantropoloqdan ibarət tədqiqat qrupunun rəhbəri Arsuaqa Ferreras belə deyirdi:

"Böyük, enli, kök, yəni bəsit bir şeylə qarşılaşacağımızı güman edirdik. 800.000 il yaşı olan bir uşağın Turkana uşağı kimi bir şey olduğunu gözləyirdik. Ancaq bizim tapdığımız tamamilə dövrümüzün insanına aid bir üz idi... Bunlar sizi heyrətləndirən şeylərdir: fosil tapmaq deyil, əksiksiz fosil tapmaq gözlənilməz və gözəl hadisə idi. Ancaq ən təsirli cəhəti bu idi ki, bu günə aid olduğunu düşündüyümüz bir şeyi keçmişdə tapmışdıq. Bu, bir növ Qran Dolinada maqnitofon tapmaq kimi bir şeydir. Belə bir şey, əlbəttə, çox təəccüblü olardı. Onu gördükdə çox təəccüblənmişdik."

Göründüyü kimi fosil tapıntıları “insanın təkamülü” iddiasını təkzib edir. Bu iddia bəzi media qurumları tərəfindən ictimaiyyətə sanki sübut edilmiş bir həqiqət kimi təqdim olunur, əslində isə ortada sadəcə fantastik nəzəriyyələr vardır. Belə ki, təkamülçü alimlər də bu həqiqəti qəbul edir və “insanın təkamülü” iddiasının dəlillərinin olmadığını etiraf edirlər.

Təkamülçü paleontoloqlar Villi, Solomon və Deyvis “biz insanlar fosil izlərində birdən-birə üzə çıxırıq” deyərək insanın yer üzündə birdən-birə, yəni heç bir təkamül keçirən əcdadı olmadan ortaya çıxdığını qəbul edirlər.
Kolard Vud isə 2000-ci ildə qələmə aldıqları bir məqalədə “insanın təkamülü haqqındakı mövcud filogenetik (təkamülçü) hipotezlərin heç əsası yoxdur” deməyə məcbur olmuşlar.

Əldə edilən hər yeni fosil tapıntısı bəzi qeyri-ciddi qəzetlərdə “Təkamül zəncirinin itmiş halqası tapıldı” kimi yalan başlıqlarla verilsə də, təkamülçüləri daha çox müəmmanın içinə salır. 2001-ci ildə tapılan və Kenyantropus Platyops adlandırılan kəllə sümüyü fosili bunun son nümunəsidir. Corc Vaşinqton Universitetinin Antropologiya fakültəsindən təkamülçü paleontoloq Daniel E. Liberman “Təbiət” jurnalında yazdığı məqaləsində Kenyatropus Platyops haqqında belə şərh verir:

“İnsanın təkamül tarixi çox qarışıqdır və tapılmamışdır. İndi 3.5 milyon illik başqa bir növün tapılması ilə vəziyyət daha da qarışacaq... Kenyatropus Platyopsun quruluşu, ümumiyyətlə, insanın təkamülü və növlərin davranışı barədə bir çox sualı da özü ilə gətirir. Məsələn, nə üçün kiçik çənə dişinə və önə doğru qövsvari çənə sümüyü olan böyük, düz üzə eyni anda sahibdir? Böyük üzü və buna oxşar şəkildə yerləşdirilmiş çənə sümüyü olan bütün digər insanabənzər növlərin böyük dişi var. K.Platyopsun qarşıdakı bir neçə il ərzində birlikləri pozacaq və insanabənzər varlıqlar arasındakı təkamül əlaqəsi ilə bağlı tədqiqatlardakı qarışıqlığı artıracaq.”

Göründüyü kimi əldə olan tapıntıların sayısının artması təkamül nəzəriyyəsinin lehinə deyil, əleyhinə nəticələr ortaya qoyur. Əslində isə əgər keçmişdə bir təkamül prosesi baş versəydi, onun çoxlu dəlili olmalı və əldə edilən hər tapıntı bunu daha da gücləndirməliydi. Belə ki, Darvin “Növlərin mənşəyi” adlı kitabında elmin bu istiqamətdə inkişaf edəcəyini iddia etmişdi. Onun fikrincə, nəzəriyyəsinin fosillər baxımından tək problemi kifayət qədər fosil tapıntısı olmaması idi. Aparılacaq araşdırmalarda nəzəriyyəsini sübut edəcək saysız-hesabsız fosil çıxacağına ümid edirdi. Ancaq elmi tapıntılar Darvinin bu xəyalını tamamilə boşa çıxardı.

İnsana aid dəlillərin əhəmiyyəti

Burada insana aid bəzi nümunələrini sadaladığımız tapıntılar çox mühüm həqiqəti ortaya qoymuşdur. Əvvəla, təkamülçülərin insanın əcdadının meymunabənzər canlılar olduğu kimi iddialarının nə qədər həqiqətdənkənar olduğu bir daha nümayiş etdirildi. Çünki insanın yer üzündə təkamülçülərin “insanın əcdadı” kimi göstərdikləri meymun növlərindən çox əvvəl ortaya çıxdığı məlum olmuşdur. Ona görə də bu meymun növlərinin insanın əcdadı olması mümkün deyil.

Nəhayət fosil izləri bizə insanın bundan milyonlarla il əvvəl də eynilə bu günkü formada mövcud olduğunu və heç cür təkamül keçirmədən bu günə qədər gəldiyini göstərmişdir. Elə isə təkamül tərəfdarları, əgər həqiqətən elmi dəstəklədiklərini və düzgün davrandıqlarını iddia edirlərsə, əllərindəki xəyali meymun-insan sıralamalarından əl çəkməlidirlər. Bu xəyali nəsil ağaclarından əl çəkməmələri təkamülün elm naminə müdafiə edilən bir nəzəriyyə deyil, elmi həqiqətlərə baxmayaraq, dirçəltməyə çalışdıqları ehkam odluğunu bir daha göstərir.