Pages

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (başqalaşma) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu ”təkamülə misal” kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, “yeniyetmə” təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamül mövzusunda hakim sayılan, təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər...

Kəpənək, milçək, arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. 


Həyatı suda başlayan, daha sonra quruda davam edən qurbağalar da metamorfoza bir misaldır. Bu dəyişikliyin təkamüllə heç bir əlaqəsi yoxdur. Çünki təkamül nəzəriyyəsi canlılardakı dəyişiklikləri təsadüflər nəticəsində meydana gələn mutasiyalarla açıqlamağa çalışırlar. Ancaq əslində metamorfoz təkamülün bu təməl iddiası ilə heç bir oxşarlıq təşkil etməyən, təsadüflə və mutasiya ilə əlaqəsi olmayan, əvvəlcədən planlaşdırılmış bir prosesdir. Metamorfozu həyata keçirən amil təsadüf olmayıb, canlıda doğulduğu andan etibarən mövcud olan genetik məlumatdır. Məsələn, qurbağada bu canlı hələ suda yaşayarkən sonradan quruda davam edəcək həyatı ilə bağlı məlumat genetik quruluşunda mövcuddur. Milçəyin də pup və yetkin vəziyyətlərindəki quruluşu və funksiyaları hələ tırtıl mərhələsində ikən genetik quruluşunda şifrələnir. Bu vəziyyət metamorfoz keçirən bütün canlılara aiddir.

Metamorfoz bir yaradılış dəlilidir


Son illərdə metamorfoz haqqında aparılan elmi tədqiqatlar metamorfozun müxtəlif genlər tərəfindən idarə edilən mürəkkəb bir proses olduğunu göstərmişdir. Məsələn, qurbağanın dəyişikliyində təkcə quyruğu ilə bağlı hərəkətlər “on ikidən çox gen” tərəfindən idarə edilir. Bu o deməkdir ki, bu proses canlının orqanizminin bir çox hissəsinin bir-birilə uyğunluğu nəticəsində həyata keçə bilər. Bu xüsusiyyətilə metamorfoz yaradılış dəlili olan “mürəkkəb komplekslik” xüsusiyyəti daşıyan bioloji prosesdir.


“Mürəkkəb komplekslik” təkamül nəzəriyyəsinin əsassızlığını göstərən fəaliyyətlərilə tanınan Prof. Dr. Maykl Behe tərəfindən elmi ədəbiyyata daxil olan anlayışdır. Bu proses mürəkkəb bioloji orqan və sistemlərin onları meydana gətirən tərkib hissələrinin hər birinin iştirakı və uyğunluğu ilə işləyir, əgər aralarından ən kiçik hissələrindən biri çıxarsa bu sistem və ya orqan işləyə bilməz.
Buradan belə nəticə çıxır ki, bu cür mürəkkəb quruluşların təkamülün iddia etdiyi kimi təsadüflər nəticəsində baş verən mərhələli kiçik dəyişiklərlə meydana gəlməsi qeyri-mümkündür. Metamorfoz hadisəsi zamanı da bu baş verir. Metamorfoz prosesi müxtəlif genlərin təsir etdiyi hormonların son dərəcə həssas ölçü və vaxtı müəyyən etməsi nəticəsində gerçəkləşir. Ən kiçik xəta canlının ölümü ilə nəticələnir. Bu qədər mürəkkəb bir prosesin təsadüflə və mərhələli şəkildə baş verdiyini iddia etmək isə mümkün deyil. Kiçik bir xətanın canlının həyatı bahasına başa gəldiyi həqiqəti aşkar ikən təkamül nəzəriyyəsinin irəli sürdüyü təbii seçmə ilə “sınama-yanılma” mexanizmindən bəhs etmək olmaz. Canlı milyon illərlə digər əksik hissələrinin “təsadüflərlə” əmələ gəlməsini gözləyə bilməz.

Bu həqiqətə diqqət yetirdikdə isə metamorfoz keçirən canlıların, bu haqda kifayət qədər məlumatı olmayan bəzi şəxslərin düşündüyü kimi təkamülə dəlil verdiyi doğru deyil. Əksinə, metamorfoz keçirən canlılar, bu proses və prosesi idarə edən sistemlərin mürəkkəbliyi nəzərə alınarsa, bunun qüsursuz bir yaradılış dəlili olduğunu görmək olar.