Pages

Yaradılış ilə elm arasında nə cür əlaqə vardır?

Təkamül nəzəriyyəsi elmi tapıntılara tamamilə zidd iddiadır. XIX əsrin bəsit elmi biliyi ilə ortaya atılan bu nəzəriyyə XX və XXI əsrlərdə ardıcıl elmi kəşflərlə çürüdülmüşdür. 

Nəzəriyyəyə kor-koranə bağlanan təkamülçülər isə elmi əsasları qalmadığı üçün çarəni demaqoqluqda görürlər. Ən çox istifadə etdikləri demaqoq ifadə isə “yaradılış inancdır, elm deyil” şəklində şablon şüardır. İddialarına görə təkamül elmi nəzəriyyə, yaradılış isə bir inancdan ibarətdir. 

Əslində təkamülçülərin yeganə əsaslandırıcı şüarı olan “təkamül elmdir, yaradılış inancdır” ifadələri tamamilə yanlış düşüncə tərzindən qaynaqlanır. Bu ifadəni təkrarlayanlar elm ilə materialist fəlsəfəni bir-birilə qarışdırırlar. Elmin mütləq materializmin sərhədləri çərçivəsindən çıxmamasını, qeyri-materialist heç bir açıqlama verə bilməyəcəyini zənn edirlər. Ancaq bu gün elm özü materializmi rədd edir.

Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?


Aleksandr Fleminq ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin ancaq müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.

 
Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Yeni çıxan antibiotikin təsir etdiyi bakteriyalar ölsə də əvəzində antibiotikin təsir etmədiyi zülallardan ibarət bakteriyalar qalır.

Nə üçün DNT “təsadüf”lə açıqlana bilməz?


Dövrümüzdə elmi yolla əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduqlarını göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır. 

Bu layihə çərçivəsində Amerkadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifrəni bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bildi. 

Bu həyəcanlı hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Dr. Frensis Kolinsin “insanın istifadəyə dair göstərişlər kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi DNT-nin sirlərinin açılmasında hələ başlanğıc mərhələdir.

Bu məlumatı əmələ gətirən şifrələrin açılmasının nə üçün 10 il davam etdiyi və yüzlərlə elm adamının əməyi bahasına başa gəldiyini anlamaq üçün DNT-yə sığışdırılmış məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır. 



Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (başqalaşma) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu ”təkamülə misal” kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, “yeniyetmə” təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Təkamül mövzusunda hakim sayılan, təkamülün əsas problemləri və ziddiyyətləri barədə ətraflı məlumata malik olan elm adamları isə bu cür gülünc iddiaları gündəmə gətirməkdən çəkinirlər. Çünki nə qədər ağılsız iddia olduğunu bilirlər...

Kəpənək, milçək, arı kimi canlılar metamorfoz keçirən canlılardan bəziləridir. 

“Təkamül nəzəriyyəsi bəlkə də gələcəkdə əsaslandırıla bilər” fikri nə üçün doğru deyil?

Təkamül nəzəriyyəsini müdafiə edən bəzi kütlələr çıxılmaz vəziyyətdə qaldıqda “bu günkü elmi tapıntılar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlərin olacağı”nı iddia edirlər. 

Əslində bu sualla təkamülçülər elmi sahədəki məğlubiyyətlərini etiraf edirlər. Sualda gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri kimi müasir elmi tapıntıların bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”. 

Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı bir nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq sonra bir gün bu nəzəriyyəni sübut edəcəyini güman etdiyi dəlillərin xəyalını qurmaz. Elm mövcud tapıntıları tədqiq etmək və onlardan nəticə çıxarmaqdır. Ona görə elm adamları da elmi tapıntılarla sübut edilən yaradılış həqiqətini qəbul etməlidirlər. Ancaq bu təkamülçü təlqin və təbliğat, xüsusilə, nəzəriyyə ilə bağlı az məlumata malik olan bəzi insanlara təsir edir. Buna görə də cavabın da ayrıca ortaya qoyulması faydalıdır.

“Allah canlıları təkamüllə yarada bilər” fikri nə üçün səhvdir?


Kainatdakı canlı və cansız bütün varlıqlardakı bütün üstün yaradılış açıq şəkildə ortaya qoyulub bu cür mükəmməl sistemin məqsədsiz təbii amillərlə, təsadüflərlə meydana gəlməsinin mümkün olmadığını elmi tərəfdən sübut etdikdə bəzi insanlar bu dəfə də bir Yaradanın var olduğunu, ancaq canlıları təkamül prosesilə yaratdığını iddia etməyə başlayırlar.

Bütün kainatı və canlıları sonsuz qüdrət sahibi Allahın yaratdığı son dərəcə aşkardır. Yaratmasının mərhələli və ya birdən-birə olması isə Allahın təqdiridir. Biz bunun nə şəkildə olduğunu, ancaq Allahın bizə bu mövzuda verdiyi məlumatdan (yəni Qurandakı əlaqədar ayələrdən) və təbiətdə göstərdiyi elmi dəlillərdən anlaya bilərik. 

Təkamül nəzəriyyəsini təkzib etmək nə üçün inkişaf və irəliləyişi də təkzib etmək kimi göstərilir?

Təkamül keçirmə sözü xüsusilə son dövrlərdə bir çox fərqli mənalarda işlədilir. Məsələn, “təkamül” anlayışına sosial həyatla bağlı bir məna verilmiş, bəşəriyyətin irəliləməsi, texnologiyanın inkişafı kimi mənalarla sinonimləşdirilmişdir. Bu mənada işlədildikdə “təkamül” anlayışında bir xəta yoxdur. Şübhəsiz ki, ağıllı insan zaman ərzində ağlını, biliyini və gücünü istifadə edərək hər sahədə inkişaf edəcək və dəyişəcək. Bəşəriyyətin biliklər toplusu nəsildən-nəsilə ötürülərək böyüyəcək. Bu mövzu canlıları təsadüflərlə açıqlama iddiası isə ortaya çıxan təkamül nəzəriyyəsinə dəlil olmadığı kimi yaradılış həqiqətinə də heç cür zidd deyil.

Burada təkamülçülər çox sadə bir söz oyunu oynayırlar və doğru anlayışı səhv anlayışla qarışdırırlar. Məsələn, “insan illər ərzində sosial həyat baxımından, mədəni cəhətdən, elmi və texnoloji cəhətdən davamlı olaraq inkişaf edir və dəyişir” ifadəsi doğrudur (Ancaq bunu da xatırlatmaq lazımdır ki, tarixdə bəzən irəliləyiş olduğu kimi geriləmə də ola bilər. Sosioloji hadisələrdə daimi irəliləyiş deyil, ətalət və ya geriləmə dövrləri də olmuşdur).

Ən qədim canlıların mürəkkəb quruluşları təkamül nəzəriyyəsini necə məhv edir?

Canlılar fosil izlərində müəyyən sıra ilə yerləşirlər. Bu sıra ən qədimdən yeniyə doğru tədqiq edildikdə mikroorqanizmlər, onurğasız dəniz canlıları, balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər formasındadır. Təkamülçülər bu sıralamanı səhv izah edərək təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Təkamülçülərin iddiasına görə canlılar ibtidaidən mürəkkəbə doğru inkişaf yolu keçmiş, bu inkişaf ərzində də canlı növləri müxtəlifləşmişdir. Məsələn, 300 milyon illik fosillər tədqiq edildikdə insan fosillərinə rast gəlinməməsini buna dəlil kimi göstərilir. Türk təkamülçülərdən Aykut Kence belə deyir:

“Təkamül nəzəriyyəsini əsassız olduğunu sübut etmək istəyirsiniz? Elə isə gedin, Kembri dövrünün fosilləri arasında insan fosilləri fosilləri tapın! Bunu edən insan təkamül nəzəriyyəsinin əsassız olduğunu sübut etmiş olur, bu tapıntısı üçün Nobel mükafatı da alar.”

Ağıl dişi nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

Təkamül nəzəriyyəsinin mühüm xətalarından biri də “kütləşmiş orqanlar” iddiasıdır. Təkamülçülər canlıların bəzi orqanlarının artıq funksiyasını itirdiyini və zaman keçdikcə bu orqanların itəcəyini iddia edirlər. Bu iddiaya əsaslanaraq da “əgər canlı orqanizmi yaradılsaydı, işə yaramayan orqanlar olmazdı” mesajını cəmiyyətə verməyə çalışırlar.

XX əsrin əvvəlindəki təkamülçü KİV-lərində insan orqanizmində appendiks(xalq arasında apendisit kimi tanınan kor bağırsaq), büzdüm sümüyü, badamcıqlar, epifiz vəzi, qulaq seyvanı, timus (çəngələbənzər) vəzi və ağıl dişinin də daxil olduğu yüzə qədər orqan “kütləşmiş orqan” elan edilmişdi. Amma sonrakı onilliklər ərzində tibb sahəsində mühüm addımlar atıldı. İnsan orqanizmində olan orqan və sistemlər haqqında məlumatımız artdı. Bunun nəticəsində “kütləşmiş orqan” iddiasının tamamilə bir cəfəngiyyat olması da aydın oldu. Təkamülçülərin bu barədə hazırladıqları uzun siyahı sürətlə qısaldı.

Dünyanın yaşının 4 milyard il olması nə üçün təkamül nəzəriyyəsini dəstəkləmir?

 

Təkamülçülər ssenarilərini təbii təsirlərə və təsadüflərə əsaslandırırlar. Bunu edərkən ən çox arxalandıqları məfhumlardan biri isə “uzun zaman” məfhumudur. Məsələn, Darvini dəstəkləyən alman elm adamı Ernst Hekel “gözlənilsə, palçıqlı sulardan canlı hüceyrənin çıxa biləcəyini” iddia etmişdir. XX əsr ərzində hüceyrənin mürəkkəb quruluşunun başa düşülməsilə bu iddianın nə qədər cəfəng olması məlum olmuş, amma təkamülçülər “uzun zaman” anlayışı ilə gözdən pərdə asmağa davam etmişlər.

Həyatın kosmosdan gəlməsi nə üçün mümkün deyil?

Darvin XIX əsrin ortalarında nəzəriyyəsini irəli sürdükdə həyatın mənşəyindən, yəni ilk canlı hüceyrələrinin necə əmələ gəldiyindən heç bəhs etməmişdi. XX əsrin əvvəlində həyatın mənbəyini araşdıran elm adamları isə təkamül nəzəriyyəsinin əsassızlığını anlamağa başladılar. Canlılardakı mürəkkəb və mükəmməl quruluş bir çox tədqiqatçının yaradılış gerçəyini görmələri üçün zəmin hazırladı. Həyatın təkamül nəzəriyyəsinin iddia etdiyi kimi “təsadüf məhsulu” olmayacağı riyazi hesablamalar, elmi təcrübə və müşahidələrlə sübut edildi.

Təsadüf iddiasının çürüməsi və canlıların “yaradıldığının” başa düşülməsilə bəzi elm adamları həyatın mənşəyini kosmosda axtarmağa başladılar. Fred Hoyl və Çandra Uikramasinkh bu iddianı ortaya atan elm adamları arasında ən məşhurlarıdır. Bu iki alim birlikdə qurduqları ssenaridə kosmosda həyat üçün “mayalandıran” bir güc olduğunu irəli sürdülər. Hoyl-Uikramasinkhin ssenarisinə görə bu toxumlar kosmos boşluğunda yerləşən qaz və ya toz buludları və ya meteorit ilə daşınaraq yer üzünə çatmış və burada həyat əmələ gətirmişlər.

DNT-nin varlığını üzə çıxaran elmi fəaliyyətilə məşhurlaşaraq Nobel mükafatı qazanan Frensis Krik də həyatın mənbəyini kosmosda axtaran alimlərdəndir. Krik canlıların yer üzündə təsadüflərlə əmələ gəlməsinin ağılsız düşüncə olduğunu anlamış, lakin bu dəfə də yer üzündəki həyatın “dünyadankənar” ağıllı varlıqlar tərəfindən əmələ gətirildiyini iddia etmişdir.