Pages

Nə üçün DNT “təsadüf”lə açıqlana bilməz?


Dövrümüzdə elmi yolla əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduqlarını göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır. 

Bu layihə çərçivəsində Amerkadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifrəni bir-bir müəyyən etmək üçün çalışmışlar. Nəticədə insan genində yerləşən məlumatların əksəriyyəti düzgün düzülə bildi. 

Bu həyəcanlı hadisə İnsan Genomu Layihəsinin rəhbəri olan Dr. Frensis Kolinsin “insanın istifadəyə dair göstərişlər kitabçasının ilk dəfə bir bölməsini tamamlaya bildik” sözlərində olduğu kimi DNT-nin sirlərinin açılmasında hələ başlanğıc mərhələdir.

Bu məlumatı əmələ gətirən şifrələrin açılmasının nə üçün 10 il davam etdiyi və yüzlərlə elm adamının əməyi bahasına başa gəldiyini anlamaq üçün DNT-yə sığışdırılmış məlumatın nə qədər böyük olduğunu dərk etmək lazımdır. 



DNT sonsuz məlumat mənbəyinin varlığını göstərir.

İnsanın təkcə bir hüceyrəsinin DNT-sində tam 1 milyon ensiklopediya səhifəsini dolduracaq qədər məlumat var. İnsan öz DNT-sindəki məlumatı oxumağa çalışsa, buna ömrü çatmaz. Hər gün, 24 saat boyu fasilə vermədən hər bir saniyə insanın DNT şifrələrindən bir dənəsi oxunarsa, bu proses 100 ilə bitər. Çünki aparılan hesablamalara görə bu nəhəng ensiklopediya təxminən 3 milyard müxtəlif şifrəyə malikdir. Əgər DNT-dəki məlumatları kağız üzərinə köçürsək, kağızların uzunluğu Şimal qütbundən ekvatora qədər olan məsafəyə bərabər olar. Bu miqdar böyük kitabxananı artıqlaması ilə dolduracaq sayda təxminən 1000 böyük cildlik kitab deməkdir. 

Maraqlı cəhət budur ki, bu ucsuz-bucaqsız məlumat bazası hər hüceyrənin nüvəsində yerləşir və təxminən 100 trilyon hüceyrədən əmələ gəlmiş insanda bu kitabxananın 100 trilyon surəti vardır. 

Bu məlumat xəzinəsini insanın əldə etdiyi bilik səviyyəsi ilə müqayisə etsək, bunu ifadə etmək çox çətin olar. Qarşımıza qeyri-adi cədvəl çıxar: 100 trilyon dəfə 100 kitab (100 trilyon  1000 kitab)! Bu yer üzündəki qum dənələrindən daha çoxdur. Bu sayı dünyada hal-hazırda yaşayan 6 milyard insan və onlarla birlikdə bu günə qədər yaşayıb ölmüş bütün insanların sayına vursaq, qarşımıza ağlasığmaz dərəcədə böyük, ucsuz-bucaqsız, sonsuzluğa uzanan məlumat çıxar.

Bu misallar nə qədər böyük məlumatla qarşı-qarşıya olduğumuzu göstərir. Dövrümüzdə böyük məlumatın saxlandığı ən qabaqcıl texnoloji vasitə kompüterlərdir. Ancaq DNT ilə kompüteri müqayisə etdikdə insan zəkasının əsrlər boyu əldə etdiyi bilik və illərlə davam edən səyləri nəticəsində təkmilləşdirdiyi texnologiyanın belə təkcə bir hüceyrə nüvəsinin məlumat saxlama tutumuna çata bilmədiyini görərik. 


İnsan Genomu Layihəsini həyata keçirən Celera Genomics şirkətinin bu sahədə ən böyük mütəxəssislərindən biri olan Cin Mayersin layihənin nəticəsi haqqındakı bu sözləri DNT-dəki bu böyük məlumat və yaradılışı ifadə edir: “Məni əsl təəccübləndirən şey həyatın memarlıq üslubudur... Sistem fövqəladə dərəcədə mürəkkəbdir. Sanki dizayn olunub... Burada (DNT-də) böyük ağıl yer alır.”

 
Digər maraqlı cəhət də budur ki, yer üzündəki bütün canlılar eyni dillə yazılmış şifrəli tariflərlə əmələ gəlmişlər. Nə bir mikrob, nə bir bitki, nə də bir heyvan DNT-siz əmələ gəlməmişdir. Bütün canlıların özünəməxsus eyni dili istifadə edən, eyni məlumat mənbəyindən götürülən tariflər nəticəsində əmələ gəlməsi çox açıqdır.

Bu da bizi açıq-aydın nəticəyə aparır: dünyadakı bütün canlılar təkcə bir ağıl tərəfindən var edilmiş məlumat əsasında yaşayır və çoxalırlar.


Bu həqiqət təkamül nəzəriyyəsinin mənasız olduğunu göstərir. Çünki təkamül “təsadüfə” əsaslanır, təsadüf isə məlumat əmələ gətirmək qabiliyyətinə malik deyil. Bir gün bir kağız üzərində xərçəng xəstəliyini sağaldan dərmanın düsturu tapılsa, bu dərmanı düzəldən elm adamını dərhal axtarıb tapmaq və hətta onu mukafatlandırmaq üçün bütün insanlar səfərbər olar. Heç kəs “görəsən bu düstur kağıza mürəkkəbin tökülməsi ilə təsadüfən meydana gəlib?” deyə düşünməz. Ağıl sahibi, normal düşünən hər insan bu yazını ancaq kimya, insan fiziologiyası, xərçəng xəstəlikləri və farmakologiya sahəsində ixtisaslaşmış bir şəxsin kağıza yazdığını düşünəcəkdir.

Təkamülçülərin DNT-dəki məlumatın əmələ gəlməsilə bağlı “təsadüf” iddiaları isə bu düsturun təsadüfən meydana gəldiyini iddia etməklə müqayisə belə edilməyəcək qədər böyük məntiq pozğunluğudur. Çünki DNT-də hüceyrənin içində əmələ gələn enerji üçün hansı molekulların atomlarının necə dəyişdiriləcəyi, orqanizmdəki 100 min müxtəlif növlü zülalın hər birinə aid ətraflı molekulyar düsturlar və bunların əmələ gəlməsi üçün həssas sıra yazılmışdır. Bununla bərabər digər hüceyrələrlə məlumat mübadiləsi üçün məlumat protokolları və bu məlumatı bir-birinə ötürmək üçün ötürücü hormonların emalı planları və bunun kimi saysız-hesabsız müxtəlifliyə malik məlumatlar da DNT-də yazılır. 

DNT-nin və ehtiva etdiyi böyük məlumatın öz-özünə əmələ gəldiyini iddia etmək mövzudan kənar, DNT-nin xüsusiyyətlərindən səthi şəkildə belə məlumatı olmayan şəxslərin məlumatsızlığını əks etdirir. DNT kimi saysız-hesabsız məlumata malik və son dərəcə mürəkkəb quruluşlu bir molekulu təsadüfün nəticəsi hesab etmək tamamilə boş iddiadır. Belə ki, həyatın mənşəyi ilə bağlı təkamülçü tezislərdə, digər mövzular kimi, DNT-nin də mənşəyini “açılmamış sirr” kimi ifadələrlə ört-basdır etməyə çalışırlar.